“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs AÇIQ TENDER ELAN EDİR

REKLAM VƏ ELAN
23 Oktyabr
00:40

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

AQTA və tabeli qurumların istifadəsində olan “Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki xidmətin göstərilməsinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və AQTA və tabeli qurumla­rın istifadəsində olan “Elektron sənəd dövriyyəsi, kadrların idarəedilməsi və vətəndaş qəbulu” proqram təminatının modullarının təkmilləşdirilməsi, xətaların aradan qaldırılması və 1 illik texniki xidmətin göstərilməsinin satın alınması üçün açıq tender haqqın­da ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək məqsədilə tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iş­tirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 150 (bir yüz əlli manat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs

VÖEN - 1005379691

Bank-“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN - 9900003611

H/h - AZ71AI­IB38090019440419396102

M/h - AZ­37NABZ01350100000000001944

Kod - 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə müvafiq sənəd;

– iddiaçının tam adı, hüquqi statu­su, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 noyabr 2021-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatını isə 25 noyabr 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 26 noyabr 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi
2 Dekabr
08:06
ELAN