“Azercell könüllüləri” minlərlə ailəni sevindirib

REKLAM VƏ ELAN
23 Oktyabr
00:37

 

 

Hər kəsin Vətən fədaisinə çevrildiyi günlərdə “Azercell” əməkdaşlarından ibarət olan “Azercell könüllüləri” xeyriyyə təşkilatı həm müharibə iştirakçılarına, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib. “Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib.

Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədir

Ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına bay­ram sevinci yaşadıblar. Bay­ramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqla­nıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyilə 500- dən çox uşağa hədiyyələr təqdim olunub. Gələcəyimiz olan uşaqlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də unudul­mayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib.

“Azercell könüllüləri” Vətən müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq malla­rından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Ramazan və Qurban bayramla­rında “Azercell könüllüləri” 200-ə yaxın şəhid və qazi, həmçinin aztəminatlı ailələrə bayram sov­qatı çatdırıb. Könüllülər Gəncə və Bərdədə 130 ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.

Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri”nin fəaliyyəti davam edib. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha ya­şayan ahıllara, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlama­ların çatdırılmasında köməklik göstəriblər.

Xeyriyyəçilik missiyası­nın tərkib hissəsi kimi “Azer­cell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlam­lıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir.

“Azercell könüllüləri” rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaq­lara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək təşkilat üçün önəm kəsb edir. So­sial məsuliyyət öhdəliklərinə sadiq olan əməkdaşlar gələcəkdə də bu fəaliyyətlərini davam etdirəcəklər.

“Xalq qəzeti”

REKLAM VƏ ELAN bölməsi
2 Dekabr
08:06
ELAN