Antalyaya gələn turistlərin sayı artır

XARİCİ XƏBƏRLƏR
21 Oktyabr
02:15

 

Antalyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, oktyabrın 17-dək şəhərə yalnız hava yolu ilə 8,39 milyon nəfər turist səfər edib. Bildirilir ki, turist sayı ötən illə müqayisədə 162 faiz artıb. Üstəlik, “məxmər mövsümündə” turistlərin sayı artmaqda davam edir. Belə ki, bu ay şəhərə gələn əcnəbilərin sayı 1,22 milyon nəfəri ötüb.

Turizm sahəsi üzrə ekspertlər Antalyanın bu ilin sonunadək 9 milyon nəfər turist qəbul edəcəyini proqnoz­laşdırırlar.

Xəbəri “Anadolu” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi