Yeni antirekord

XARİCİ XƏBƏRLƏR
21 Oktyabr
02:12

 

 

Rusiyada yeni antirekord qeydə alınıb. Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son sutka ərzində 1028 nəfər vəfat edib və pandemiya başlanandan indiyə kimi ölənlərin sayı 226 min 353 nəfərə çatıb.

 

Son 24 saat ərzində 34 min 73 nəfər koronavirus in­feksiyasına yoluxub və pandemiya baş­lanandan indiyədək yoluxanların sayı 8 milyon 94 min 825 nəfərə çatıb. Ölkədə COVID-19 virusuna yoluxma 0,42 faiz artıb.

Son sutka ərzində ən çox yoluxma pay­taxt Moskvada (5847 nəfər) və Sankt-Peterburq şəhərində (3274 nəfər) qeydə alınıb.

Operativ Qərargahın məlumatına görə, bu il oktyabrın 25-dən 2022-ci il fevralın 25-nə kimi paytaxt Moskvada, Sankt-Peterburq şəhərində, Moskva vilayətində bir sıra qay­dalar sərtləşdirilir. İş yerlərində 30 faiz saxlanılmaqla bütün şəxslər evə buraxılır. Yaşı 60-dan yuxarı olan şəxslər evdə oturmalıdırlar. İdman zalları, teatrlar, kinoteatrlar və əyləncə mərkəzləri bağlanır. Oktyabrın 30-dan noyabrın 7-dək bütün Rusiya ərazisində istirahət günü elan edilir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi