Yeni raket sınağı

XARİCİ XƏBƏRLƏR
19 Oktyabr
23:55

 

Dünən Şimali Koreya sualtı qayıqlar üçün nəzərdə tutulan ballistik raketi sınaqdan keçirib. Sualtı qayıqların istehsalı üçün nəzərdə tutulan tərsanənin yerləşdiyi Sinpho şəhərinin kənarından Yapon dənizi istiqamətinə atılan təyin olunmamış raket 60 kilometr yüksəkliyə qalxıb və 450 kilometr məsafə qət edib.

Yaponiya artıq yaranan vəziyyətlə bağlı rəsmi Pxenyana etiraz notası göndərib. Bu ölkənin müdafiə naziri Nobuo Kisi Şimali Koreyanın raket sınaqlarının bütün ölkələrə təhdid oldu­ğunu vurğulayıb.

Məlumatı “Jiji-press” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi