Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs Hazır yeməklərin çatdırılması (catering) xidmətinin satın alınması ilə əlaqədar TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

REKLAM VƏ ELAN
19 Oktyabr
00:45

 

 

İddiaçılar müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

VÖEN- 1304673921

Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/19

VÖEN(bank)- 9900006111 Kod: 507699

SWIFT: AZRTAZ22

M/h- AZ­02NABZ01350100000000022944

H/h- AZ98AZRT38060019440028835001

1. İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanından arayış;

- müsabiqədə iştirak haqqı tələb olun­mur;

- vergilərə və digər icbarı ödənişlərə borcun olub-olmaması barədə rəsmi sənəd;

- nizamnamənin surəti (notarial qayda­da təsdiq olunmuş);

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

- rekvizitlər (möhürlənib imzalanmış şəkildə);

- dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) ;

- gigiyenik və qida təhlükəsizliyi (AQTA) sertifikatları;

-qiymət təklifi.

2. İddiaçıya aid tələblər:

- iddiaçının müvafiq sahədə peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar (İddiaçılar öz təkliflərini geniş təqdim etməli, o cümlədən qidanın hazırlanmasına və çat­dırılmasına cəlb olunacaq işçilərin müvafiq tibbi arayışlarını əlavə etməlidirlər) ;

- eyni xidmətin göstərilməsi üçün iş təcrübəsini təsdiq edən məlumatlar;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırıl­mış şəxs olmaması;

İddiaçılar təkliflər sorğusunda iştirak üçün yuxarıda göstərilən sənədləri 4 noyabr 2021-ci il saat 17.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır.

Təkliflər 5 noyabr 2021-ci il saat 11.00-da açılacaqdır.

Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topIusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə tender təkliflərinin xeyrinə xarici iddiaçıların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçinin təkliflər sorğusu proseduru ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs- Zərqələm Sadıqova, telefon: 310 53 16, daxili 1705.

E-mail: [email protected]

Ünvan- AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, akademik, H. Əliyev küçəsi 17.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi
2 Dekabr
08:06
ELAN