“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin AÇIQ TENDER ELAN EDİR

REKLAM VƏ ELAN
19 Oktyabr
00:45

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

Su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma kanallarının və kollektorun yenidən qurulması və tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması işlərinin satın alınması məqsədilə aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot- 1. Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulmasının texni­ki-iqtisadi əsaslandırmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması (Yeni Cənubi Muğan, Köhnə Cənubi Muğan kanalı və Yeni Cənubi Muğan kanalının maşın qolu kanalları).

Lot- 2. Aşağı Muğan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması.

Lot- 3. Sabir kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması;

Lot- 4. Akuşa kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması.

Lot- 5. Qız qalası su anbarından ma­gistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə-smeta sənədlərinin hazırlan­ması.

Lot- 6. Mil-Qarabağ kollektorunun yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması.

Satınalma predmeti üzrə verilmiş təkliflərin qiymətləndirilməsində aşağıda­kı meyarlara üstünlük veriləcəkdir:

- oxşar işlərdə təcrübəsi, aşağı qiymət, malların təchizatı, xidmətlərin göstərilməsi, işlərin başa çatdırılması müddətləri, ödəniş şərtləri və layihəçilərin aidiyyəti işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Fariz Ağarzayev.

Ünvan - Bakı şəhəri, Moskva pros­pekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqa­siya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefonlar - 430-06-59; 431-08-64; Faks 430-79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan he­saba hər bir lot üçün 1500 (bir min beş yüz manat ) manat məbləğində vəsait ödədikdən sonra ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

VÖEN - 1300300711

H/h- AZ 10 IBAZ 380700194497 16100216

BANK-“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ 01350100000000002944

VÖEN - 9900001881

Kod- 210005

SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiqlənmiş maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayan­dırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası­nın Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında arayış;

- son 5 il ərzində iddiaçının yerinə ye­tirdiyi analoji müqavilələr və layihəyə cəlb ediləcək işçi heyəti barədə təsdiqedici məlumat;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə vergi orqanından arayış (yüklülük arayışı);

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarı­şın, nizamnamənin və şəhadətnamənin surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış (son dövr üçün) Dövlət Statistika Komitəsindən alınır ;

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində təqdim etməlidir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır.

İddiaçılar yuxarıda qeyd olunan sənədləri 27 oktyabr 2021-ci il saat 17.00-а qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 11 noyabr 2021-ci il saat 17.00-а qədər 2 qat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər qəbul olunmayacaqdır.

Təklif zərfləri 12 noyabr 2021-ci il saat 11.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi