Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı artıb

TƏHSİL
15 Oktyabr
15:52

2020/2021-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 975 nəfər təşkil edib. Onların 230-u MDB məkanında, 745-i isə digər ölkələrdə təhsil alır.

 "Xalq qəzeti" xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, 2019-2020-ci tədris ilində isə xarici ölkələrdə dövlət xətti ilə 807 nəfər Azərbaycan vətəndaşı təhsil alıb. Onların 214-ü MDB ölkələrinin, 593-ü isə digər ölkələrin payına düşür.

TƏHSİL bölməsi