Ümumtəhsil məktəblərində “Zəfərdən yaşıl düşüncəyə” ağacəkmə aksiyasına start verilir

TƏHSİL
15 Oktyabr
11:51

Ümumtəhsil məktəblərində sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə “Zəfərdən yaşıl düşüncəyə” ağacəkmə aksiyasına start verilir.

Bu barədə "Xalq qəzeti"nə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aksiya nazirliyin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

8 Noyabr – Zəfər Gününə həsr olunan aksiya çərçivəsində ümumi təhsil müəssisələrində ağac əkilməsi nəzərdə tutulur.

TƏHSİL bölməsi