ATMU təhsil sahəsində mövcud əlaqələri genişləndirir

TƏHSİL
13 Oktyabr
00:52

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüş keçirilib. ATMU- nun rektoru İlham Mədətov səfirlə söhbətində universitetin fəaliyyəti, tədris prosesi və beynəlxalq əlaqələrinə aydınlıq gətirib. Hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi diqqətdə saxlanılıb.
Rektor tərəfindən səmimi qarşılanan və ali təhsil müəssisəsi haqqında ətraflı məlumat alan səfirliyin təmsilçiləri, eyni zamanda, ATMU- nun turizm ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüblər. İştirakçılara Macarıstanın turizm potensiaslı və ölkənin təhsil təqaüdləri haqqında məlumat verilib.
Səfirin ali təhsil ocağına ilk gəlişi zamanı razılaşdırılan təklif və gözləntilərə cavab olaraq Macarıstan Respublikasının Debretsen universiteti ilə ATMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd etmək lazımdır ki, böyük elçinin universitetə səfəri təhsil sahəsində mümkün əlaqələrin daha da gücləndirilməsi amilinə söykənir.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

TƏHSİL bölməsi