Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar

TƏHSİL
12 Oktyabr
01:53

 

 

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibi olublar.

BANM-dan verilən məlumatda bildirilir ki, tələbələr üç nominasiya üzrə əsas yerləri qazanıblar. Tələbələr “İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə təhsil” nominasiyaları üzrə I yer, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə.Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə III yerə la­yiq görülüblər. Mükafatı qaliblərə Gənclər və İdman naziri Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrast­rukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdır­maq, innovativ potensialın nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

TƏHSİL bölməsi