Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir

TƏHSİL
11 Oktyabr
15:33

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirməyə start verilib.

İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, diaqnostik qiymətləndirmənin ilk günündə paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri biliyini sınayıb.

Diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Diaqnostik qiymətləndirmə riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilir.

Şagirdlərə V siniflər üzrə ümumilikdə 30, VI-VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Qeyd edək ki, sualların cavablandırılması üçün V siniflərə 60, VI-VII siniflərə 90, VIII-IX siniflərə isə 120 dəqiqə vaxt verilib.

TƏHSİL bölməsi