Maykl Ceksonun gödəkçəsi 298 min dollara satılıb

MƏDƏNİYYƏT
13 Noyabr
14:56

Amerikalı müğənni Maykl Ceksonun gödəkçəsi "Julien's Auctions" hərracında 298 min dollara satılıb.

“Oxu.az” xəbər verir ki, gödəkçəni Cekson 1987-1989-cu illərdə ilk qasrol turu zamanı geyinib.

Həmçinin onun üzərində müğənninin avtoqrafı da var.

Gödəkçənin ilkin qiyməti 100 min dollar olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi