Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

TƏHSİL
20 Sentyabr
15:58

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə bildirilib ki, imtahana buraxılış vərəqəsi və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə namizəd tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

TƏHSİL bölməsi