Məmmədyarov fərqi artırır

İDMAN
30 İyul
15:54

İsveçrənin Bil şəhərində davam edən beynəlxalq şahmat turnirinin yeddinci turunda  Şəhriyar Məmmədyarov özünün vahid lider mövqeyini bir qədər də möhkəmləndirmişdir.

Azərbaycanlı qrossmeyster növbəti qələbəsini 68-ci gedişdə çexiyalı David Navara üzərində qazanmışdır. Turnir cədvəlində onun ən yaxın  izləyicisi norveçli dünya  çempionu Maqnus Karlsen isə Maksim Vaşye-Laqrav (Fransa) ilə heç-heçə oynamışdır.

Yeddi turdan sonra  5,5 xala malik Məmmədyarov  cədvəldə ikinci pillədə olan Karlsendən 1, üçüncü yeri tutan rusiyalı Pyotr  Svidlerdən isə 1,5 xal irəlidədir.

Bu gün keçiriləcək səkkizinci turda Məmmədyarov qara fiqurlarla Vaşye-Laqrava qarşı oynayacaq. Karlseni  isə Svidlerlə görüş gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

İDMAN bölməsi