27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” sərgisi keçiriləcək

MƏDƏNİYYƏT
10 Sentyabr
15:51

27 Sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaq.

Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə baş tutan sərgidə iştirak etmək istəyən rəssamlar sentyabrın 20-dək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə [email protected] ünvanına göndərə bilərlər.

"Xalq qəzeti"

MƏDƏNİYYƏT bölməsi