Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Alar Karisə

MƏKTUBLAR
9 Sentyabr
15:52

Hörmətli cənab Karis,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2021-ci il

MƏKTUBLAR bölməsi