Qədir Hüseynovun İspaniyada daha bir uğuru

İDMAN
30 İyul
15:53

Azərbaycanlı qrossmeyster Qədir Hüseynov iyul ayında İspaniyada iştirakçısı olduğu üçüncü beynəlxalq turniri də qələbə ilə başa vurmuşdur. Bu dəfə təmsilçimiz Sitjes turnirində bütün rəqiblərini qabaqlamışdır.

Doqquz görüşdə bir  dəfə də uduzmayan (6 qələbə, 3  heç-heçə) Hüseynov 7,5  xal toplamış  və 6,5  xalla ikinci-üçüncü yerləri bölüşdürən  kubalı Rolando Alarkon ilə hindistanlı Şrivista Anuju bir  xal qabaqlamışdır.

Bu turnirdə iştirak etmiş  digər şahmatçımız – Vüqar Manafov 4,5 xal toplamışdır.

“Xalq qəzeti”

İDMAN bölməsi