“A” seriyasının loqosu dəyişdirildi

İDMAN
10 Avqust
21:12

Futbol üzrə İtaliya “A” seriyasının yeni loqotipi ictimaiyyətə təqdim olunub. Bildirilir ki, yeni loqo əvvəlkindən bir qədər fərqlənir. Belə ki, əvvəlki loqoda çevrə şəklində olan hissə indi “A” hərfi şəklindədir. 
İtaliya çempionatının yeni şüarı isə belədir: “Həyəcanlandırıcı, cəlbedici, adrenalin dolu”.
Xəbəri “Futbolhd.ru” verib.
Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

İDMAN bölməsi