Xatirə turnirinin azərbaycanlı mükafatçıları

İDMAN
30 İyul
15:25

İstanbulda Yaşar Doğunun xatirəsinə həsr edilən sərbəst güləş və qadın güləşi üzrə beynəlxalq turnirin sonuncu günü Azərbaycan idmançıları bu yarışın startında  qazandıqları 1 qızıl və 3  gümüş medala daha 7 mükafat əlavə etmişlər.

Qadın güləşçilərin yarışında  Anjela  Doroqan (53 kq) qızıl,  Elmira Qəmbərova (62 kq) və Sabirə Əliyeva (76 kq) bürünc medallara sahib olmuşlar.

“Sərbəstlərin” turnirində gümüş mükafatçı İbrahim Yusubov (79 kq), bürünc medalçılar Mircəlal  Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79 kq) fərqlənmişlər.

“Xalq qəzeti”

İDMAN bölməsi