Bu ilin birinci rübündə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb

14 Aprel
16:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə yanvar-mart aylarında 30 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və bununla da elektron qaydada fərdi hesab açılıb.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, ilk dəfə əmək müqaviləsi ilə işə başlayan şəxslə əmək müqaviləsi bağlanmasına dair bildiriş  e-sistemdə qeydiyyatdan keçdikdə onun üçün avtomatik olaraq SSN və fərdi şəxsi hesabı açılır. Fərdi şəxsi hesabı açılan şəxs isə sosial sığorta sistemində iştirak və gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Qeyd olunan e-xidmət 2020-ci ilin yanvar ayında fəaliyyətə başlayıb və ötən dövrdə bu e-xidmət vasitəsilə 242 min elektron fərdi hesab açılıb.

bölməsi
4 May
05:12
BİLDİRİŞ