Yeni quş qripi ocağı aşkarlanıb

XARİCİ XƏBƏRLƏR
14 Aprel
09:34

lanıb Çinin Liaonin vilayətində yeni quş qripi (“H5N6”) ocağı aşkarlanıb.

Çinin Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən, vilayətin Şenyan şəhərindəki parkda “H5N6” virusu daşıyıcısı olduğu təsdiqlənən 11 vəhşi ördək ölüb. Həmin ərazidə 300-ə yaxın vəhşi ördəyin yaşadığı güman olunur. Aidiyyəti qurumlar fövqəladə hazırlıq vəziyyəti elan ediblər və əraziyə giriş bağlanıb, dezinfeksiya işləri aparılıb, ölü quşlar təhlükəsiz şəkildə məhv edilib, parkdakı digər quşlardan analiz üçün nümunələr götürülüb.

Məlumatı “Planet Today” yayıb.

XARİCİ XƏBƏRLƏR bölməsi