“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

SƏRƏNCAMLAR
31 Oktyabr
00:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2462) “Sevinc Həsənova” sözləri “Şirzad Abdullayev” sözləri ilə, “Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri “İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 30 oktyabr 2018-ci il

SƏRƏNCAMLAR bölməsi