KXDR-in yeni atom sualtı qayığı

XARİCİ XƏBƏRLƏR
13 Aprel
00:01

“Reuters” agentliyinin yaydığı məlumata görə, Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni 3 min tonluq atom sualtı qayığı istismara hazırdır.

Mənbə qeyd edir ki, bu barədə məlumatı Cənubi Koreya və ABŞ kəşfiyyat xidmətləri əldə ediblər. Məlumata görə, Koreya Əmək Partiyasının (TPK) səkkizinci qurultayında KXDR-in lideri Kim Çen In ölkənin yeni atom sualtı qayığının hazırlanmasının başa çatdırıldığını, nüvə silahlarının hazırlanmasını və təkmilləşdirilməsini davam etdirəcəyini bəyan edib. Cənubi Koreya və Amerika kəşfiyyat orqanları hesab edirlər ki, Şimali Koreya 2019-cu ilin iyulunda təqdim olunan 3 min tonluq sualtı qayığın tikintisini başa çatdırıb.

Submarin “Pukkıkson-3” kimi üç ballistik sualtı raket daşıya biləcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi