Vladimir Zelenski Ankaraya gəlib

XARİCİ XƏBƏRLƏR
11 Aprel
00:56

Dünən Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə işgüzar səfərə gəlib. Bildirilir ki, səfər çərçivəsində Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət və ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq. Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Məlumatı “Anadolu” yayıb.

XARİCİ XƏBƏRLƏR bölməsi