“Mançester Siti” 19 yaşlı futbolçunu transfer edib

İDMAN
9 Avqust
16:33

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə “Futbolhd.ru” saytı məlumat yayıb.

Mənbə qeyd edir ki, “şəhərlilər” Avstraliyanın “Melburn Siti” klubunun yarımmüdafiəçisi Daniel Arzanini transfer edib. 19 yaşlı futbolçu ilə bağlanmış  müqavilənin detalları açıqlanmayıb. Gənc futbolçu 1 illik "Seltik"ə icarəyə veriləcək.

Qeyd edək ki, meksikalı yarımmüdafiəçi ötən mövsüm "Melburn Siti"nin heyətində meydana çıxdığı 24 qarşılaşmada 2 qol vurub.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İDMAN bölməsi