Mateo Kovaçiç “Çelsi”yə keçib

İDMAN
9 Avqust
16:31

İspaniyanın “Real” klubunun futbolçusu Mateo Kovaçiç İngiltərənin “Çelsi” klubuna transfer olunub. Bildirilir ki, xorvat futbolçu 2018/2019-cu illər mövsümünün sonunadək London klubunda icarə əsasında çıxış edəcək.

Kovaçiç keçidi ilə bağlı deyib: “ “Çelsi” klubunda çıxış etməkdən çox xoşbəxtəm. Bu, inanılmaz bir duyğudur. Burada nəyə qadir olduğumu göstərməyə çalışacağam. Əminəm ki, yeni komanda yoldaşlarım və məşqçi heyəti bu işdə mənə yardımçı olacaq. Bu, mənim üçün yeni bir liqadır. Ümid edirəm ki, mənim üçün yadda qalan bir mövsüm olacaq”.

Xatırladaq ki, Mateo 2015-ci ildən “Real” klubunun şərəfin qoruyur.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İDMAN bölməsi