ABŞ-da Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir - FOTOLAR

27 Fevral
17:14

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi əsasında Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Sauz Biç, Mayami və Orlando şəhərlərində, Florida Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Sanni ayles Biç şəhərində, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə İllinoys ştatının Çikaqo şəhərində, Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Meyn ştatının Portlənd şəhərində "Xocalıya ədalət" tələbi ilə məlumatlandırma aksiyaları keçirilib.

Komitədən "Xalq qəzeti"nə verilən məlumata görə, "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdiriləm aksiya zamanı üzərində Xocalı soyqırımına dair faktları təqdim edən rəqəmsal plakatlı xüsusi avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edib. Rəqəmsal plakatlarda Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi qanlı cinayətləri əks etdirən şəkillər və məlumatlar nümayiş edilib.

Xüsusi dizaynlı avtomobillər şəhərlərin mərkəzi küçə və meydanlarından keçərək yerli sakinlərin diqqətini Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma cəlb ediblər. 

bölməsi
16 Aprel
08:42
BİLDİRİŞ
15 Aprel
09:17
BİLDİRİŞ
7 Aprel
00:19
BİLDİRİŞ