Prezident İlham Əliyev Ukrayna-Azərbaycan əməkdaşlığından danışıb

26 Fevral
14:09

“Azərbaycan hərbi sənayesini yaradanda Ukrayna müəssisələri bizə çox kömək etmişdi”.

"Xalq qəzeti" xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın hərbi məhsullarının istehsalı Ukrayna şirkətləri ilə birgə həyata keçirilib.

İlham Əliyev qeyd edib ki, Ukraynanın hərbi-texniki kompleksi inkişaf yolunu keçir və Azərbaycanda da vəziyyət belədir.

“Bu istiqamətdə əməkdaşlıq üçün imkanlar var. Amma açıq deyəcəyəm, bu günə olan məlumata görə, konkret layihələrə və təkliflərə gəldikdə, nə Ukrayna, nə də Azərbaycan tərəfindən belə bir təşəbbüs olub. Bəlkə də hələ bunun vaxtı çatmayıb”.

bölməsi
16 Aprel
08:42
BİLDİRİŞ
15 Aprel
09:17
BİLDİRİŞ
7 Aprel
00:19
BİLDİRİŞ