Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

26 Fevral
18:12

Çempionlar Liqasının (ÇL) final oyunu ABŞ-da keçirilə bilər.

"Xalq qəzeti" “Sun” nəşrinə istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin Avropa sərhədlərini aşmağı planlaşdırır.

Sloveniyalı futbol funksionerinin rəhbərlik etdiyi qurum 2024-cü ildən etibarən ÇL-də inqilaba hazırlanır. Maksimum sayda klubun iştirakının planlaşdırıldığı yeni formata əsasən, hədəflərdən biri də başqa qitədə final görüşü təşkil etməkdir. Bu səbəbdən Nyu-York 2025-ci ildəki finala ev sahibliyi etmək üçün mümkün namizəd sayılır.

Çeferin hələ 2016-cı ildə prezident təyin olunan vaxt final matçının ABŞ-da keçirilməsinə işarə etmişdi. O beş il öncəki açıqlamasında “Portuqaliyadan Azərbaycana getməklə Nyu-Yorka getmək, demək olar ki, eynidir. Azarkeşlər üçün problem yoxdur”, demişdi.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı formatınkı final matçları bu il İstanbulda, gələn il Sankt-Peterburqda, 2023-cü ildə Münhendə, 2024-cü ildə isə Londonda baş tutacaq.

bölməsi
16 Aprel
08:42
BİLDİRİŞ
15 Aprel
09:17
BİLDİRİŞ
7 Aprel
00:19
BİLDİRİŞ