I Vitse-Prezident Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib
26 Fevral
09:43

Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
"Xalq qəzeti" paylaşımın mətnini təqdim edir:
“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.
bölməsi