Azərbaycan Respublikası Prezidentinin Fərmanı

FƏRMANLAR
25 Fevral
16:33

Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1528; 2016, № 8, maddə 1384) 1 – 2-ci hissələrində və 5.2-ci bəndində “İqtisadiyyat” sözü “Ekologiya və Təbii Sərvətlər” sözləri ilə əvəz edilsin.

2. “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1239; 2016, № 8, maddə 1384) 1 – 2-ci hissələrində və 5.2-ci bəndində “İqtisadiyyat” sözü “Ekologiya və Təbii Sərvətlər” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Böyükşor və Zığ göllərinə aid bütün sənədləri və məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2021-ci il.

FƏRMANLAR bölməsi