ÜST: Son sutka ərzində dünya əhalisinin 600 mindən çoxu koronavirusa yoluxub

SƏHİYYƏ
23 Yanvar
22:56

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 600 mindən çox artıb.
"Xalq qəzeti"nin "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 600 790 nəfər yeni koronavirusa yoluxub, 15 846 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 96 877 399, ölənlərin isə 2 098 879 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

 

SƏHİYYƏ bölməsi