Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib

21 Yanvar
20:57

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin heyvan sağlamlığı şöbəsi tərəfindən “Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi” layihəsi hazırlanıb.

AQTİ-dən "Xalq qəzeti"nə verilən məlumata görə, sənəd layihəsi İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdikləri Elmi Komitədə müzakirəyə çıxarılıb. Bildirilib ki, layihənin hazırlanmasında məqsəd ölkəmizə idxal olunan baytarlıq preparatlarının, xüsusilə antibiotiklərin dövriyyəsinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tənzimlənməsini həyata keçirməkdir.

İlkin mərhələdə ölkəyə idxal olunan antibiotiklərin quşçuluq təsərrüfatlarında rasional istifadəsinin araşdırılması nəzərdə tutulur. Araşdırmaların nəticələri inkişaf etmiş ölkələrdə heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş baytarlıq preparatlarının ölkəmizdə heyvandarlıq təsərrüfatlarında istifadəsinə dair zəruri məhdudiyyətlərin tətbiqinə imkan verəcək.

bölməsi