20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar
16:16

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, eləcə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət edilib.
bölməsi
26 Fevral
21:29

Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral
12:33

Prezident İlham Əliyev: Bu gün müzakirə etdiyimiz əsas məsələlərdən biri də keçmiş köçkünlərin azad edilmiş ərazilərə qayıtmasıdır