Aksel Vitsel “Borussiya”da

İDMAN
8 Avqust
22:00

“Bundesliqa”nın aparıcı klublarından olan “Borussiya” komandası heyətini yeni futbolçu ilə gücləndirib. Bildirilir ki, Dortmund təmsilçisi Belçika yığmasının yarımmüdafiəçisi Aksel Vitseli heyətinə qatıb. Çinin “Tyantzin Tyantsyan” klubundan transfer edilən 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Vitselin keçidi “Borussiya”ya 20 milyon avroya başa gəlib.
Xəbəri “Sport.es” verib.
 

 

Hazırladı: 
Elçin ABBASOV,
 “Xalq qəzeti”

İDMAN bölməsi