Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirildi

MƏDƏNİYYƏT
19 Oktyabr
11:49

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  “Müstəqilliyimiz əbədidir” adılı  “dəyirmi masa” keçirildi.

Tədbir Azərbaycanın müstəqilliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin  bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva  açaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd, “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Qeyd etdi ki, müstəqilliyi elan edilmiş dövlətimiz çox mürəkkəb tarixi  şəraitdə fəaliyyətə başlayaraq artıq 27 illik uğurlu yol keçib.

AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu mövzu ilə bağlı öz fikirlərini bildirdi.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışında bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, onun əbədiliyi qorunub saxlanır, inkişaf etdirilir. Azərbaycan bu gün həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Sonra kitabxananın əməkdaşı Rəvanə Məlikova şair Nəriman Həsənzadənin “Azərbaycan” şerini səsləndirdi.

Tədbir boyu Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş video-rolik nümayiş etdirildi.

Sonda  “Müstəqil, azad Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi