Tedros Qebreyesusun bəyanatı

XARİCİ XƏBƏRLƏR
25 Oktyabr
00:38

“Dünyada növbəti bir neçə ay çox çətin olacaq”. Bu bəyanatla Ümumdün­ya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemi­yası ilə bağlı vəziyyəti şərh edərkən çıxış edib. Məlumatı “Euronews” agentliyi yayıb.

Yeri gəlmişkən, brifinq təşkilatın “youtube” kanalı vasitəsilə canlı yayımlanıb.

Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Tedros Adhanom Qebreyesus deyib: “Biz koronavirus pandemiyasının kritik mərhələsindəyik, xüsusilə, şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektori­yadadırlar”.

O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi