Yeni qızıl yatağı aşkarlanıb

XARİCİ XƏBƏRLƏR
25 Oktyabr
00:37

İranın Sistan– Bəlucistan vilayətində 8 ton ehtiyatı olan qızıl yatağı aşkarlanıb.

Bunu vilayət administrasiyası­nın nümayəndəsi Məndan Zəncənə deyib. O bildirib ki, aparılan kəşfiyyat işləri nəticəsində aşkar edilən mədənin yaxın vaxtlarda istismarına başlana­caq.

O qeyd edib ki, vilayətdə qızıl ilə yanaşı, titan və mis yataqları da mövcuddur. Mis yataqlarında 400 milyon tondan çox ehtiyat var.

Məlumatı “Mehr” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi