Meksika millisinin baş məşqçisi istefa verib

İDMAN
28 İyul
16:50

Futbol üzrə Meksika yığmasının baş məşqçisi Karlos Osorio istefa verib. Bu barədə Meksika Futbol Federasiyası bildirib.

Bildirilir ki, istefaya Osorionun rəhbərliyi altında Meksika millisi Rusiyada keçirilən Dünya Çempionatında iştirak edərək pley-off-da 1/8 final mərhələsində Braziliya millisinə məğlub olaraq mübarizəni dayandırması səbəb olub.

Qeyd edək ki, Osorio Meksika millisini 2015-ci ildən başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 52 matç keçirib, onlardan 33 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib və 10 dəfə məğlub olub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İDMAN bölməsi