Virusa yoluxanların sayı artıb

XARİCİ XƏBƏRLƏR
21 Oktyabr
01:33

Braziliyada koronavirusa yoluxma riski hələ də qalmaqdadır. Ölkədə gündəlik yoluxma 15 min 383 nəfərə çatıb. Qeyd edilir ki, ötən gün Braziliyada 271 nəfər ölümsaçan virusun qurbanı olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, indiyədək Braziliyada koronavirusa, ümumilikdə, 5 milyon 250 min 727 nəfər yoluxub. Bu müddətdə 154 mindən çox insan dünyasını dəyişib. Həmçinin bugünədək 4 milyon 681 min 659 xəstə müalicə olunaraq sağalıb.

Məlumatı “Woldometer” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi