Yoşihide Suqa Vyetnama səfərə gəlib

XARİCİ XƏBƏRLƏR
20 Oktyabr
00:32

Yaponiyanın Baş naziri Yoşihide Suqa Vyetnama rəsmi səfər edib. Bu, onun baş nazir vəzifəsini tutmasından sonra ilk xarici səfəridir. Bildirilir ki, Y.Suqa Hanoy­da vyetnamlı həmkarı Nguyen Xuan Phuk­la görüşəcəyi qeyd edilir. Bu barədə NHK məlumat yayıb.

Bildirilir ki, Yaponiyanın baş naziri Vyetnama bazar günü gəlib. Onun Hanoyda Yaponiyanın Cənub-Şərqi Dövlətlər Assosiasiyası (ASEAN) ilə bağlı siyasəti barədə mühazirə oxuyacağı qeyd edilir.

Yeri gəlmişkən, gələn aydan ASEAN-a Vyetnamın sədrlik dövrü başlanır.

Vyetnamın baş naziri ilə görüşdə müzakirə ediləcək məsələlərə gəlincə isə Y.Suqa azad və açıq Hind- Sakit okean regionunun yaradılması üçün bu ölkə ilə əməkdaşlığı təsdiq etmək niyyətindədir.

Bundan başqa, Y.Suqanın Vyetnamla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində müzakirələr aparacağı da bildirilir. Liderlərin Vyetnama yeni hərbi texnikanın verilməsi və texnoloji əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edilir ki, Yaponi­yanın baş naziri Vyetnamla iqtisadi əməkdaşlığı da gücləndirməyə çalışır. Belə ki, Yaponiya koronavirus pandemiyası dövründə bu ölkəyə tibbi maskala­rın və digər məhsulların çatdırılması zəncirini möhkəmləndirmək istəyir.

Eyni zamanda, liderlərin iki ölkə arasında işgüzar səfərlərin bərpası ilə bağlı fikir mübadiləsi aparacağı da bildirilir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi