Türkiyə “S-400”-ləri aktivləşdirir
XARİCİ XƏBƏRLƏR
9 Oktyabr
01:04

Türkiyənin 2019-cu ildə Rusiyadan tədarük etdiyi “S-400” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilmək üçün Sinop bölgəsinə gətirilib. Bu barədə “Defencetürk.net” portalı məlumat yayıb.
Bildirilir ki, Türkiyə Hava Hücumundan Müdafiə Qüvvələri oktyabrın 16-dək “S-400” batareyası ilə bir sıra atış sınaqları həyata keçirəcək.
Atış sınaqları zamanı 10 “Banshee” qırıcılarından istifadə olunacaq.
Həyata keçiriləcək test fəaliyyətləri ilə “S-400”- ün radar funksionallığı, hədəf aşkarlama və izləmə qabiliyyətləri, rabitə sisteminin imkanları və komanda idarəetmə sisteminin performansı müşahidə ediləcək.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib