Berlində karantin rejimi sərtləşdirilir

XARİCİ XƏBƏRLƏR
8 Oktyabr
00:42

Almaniyanın paytaxtı Berlində koronavirus infeksiyasına görə karantin rejimi sərtləşdirilir. “Berlineor Morgenpost” qəzetinin yazdı­ğına görə, bu barədə Berlin Senatı qərar qəbul edib.

Qərara əsasən, mağazalar, barlar, restoranlar gecə vaxtı işləməyəcək. Gündüz isə bu obyektlərə beş nəfərdən çox adamın gəlməsi qadağan olunur. Şəxsi tədbirlər ləğv edilir. Klub­larda, barlarda və restoranlarda gecə saat 23:00-dan səhər saat 6:00-dək komendant saatı tətbiq edilir.

Bu qərar oktyabrın 10-dan 31-dək qüvvədə olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək Almaniyada 303 min nəfər COVID-19 virusuna yoluxub. Onlardan 9 min 546 nəfəri vəfat edib.

Qəzənfər QASIMOV,”Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi