Orbitə 60 internet peyki çıxarılıb
XARİCİ XƏBƏRLƏR
8 Oktyabr
00:39

“Falcon 9” ağır daşıyıcı raketi ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən NASA kosmodromundan “Starlink” sisteminin internet örtüyünün qlobal şəbəkəsinin davamı üçün nəzərdə tutulan 60 kiçik peykdən ibarət yeni partiyanı aşağı yerətrafı orbitə çıxarıb.
Qeyd edək ki, “SpaceX” kompaniyası Yer kürəsi sakinlərinin genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.
Xəbəri BBC yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib