Taktiki raket sınağı
XARİCİ XƏBƏRLƏR
7 Oktyabr
01:54

Hindistanda səsdən sürətli (hipersonik) taktiki raketin sınaqları keçirilib. Məlumata görə, “Şaurya” adı verilən raket uğurla sınaqdan çıxarılıb. Bildirilir ki, ballistik raket 800 kilometr məsafəyədək hədəfi vurmaq qabiliyyətinə malikdir.
Qeyd edilir ki, sınaqlar tam başa çatdıqdan sonra raket Hindistan ordusunun strateji qüvvələrinin tərkibinə daxil ediləcək.
Məlumatı “Times Of India” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi
23 May
23:53

Prezident Co Bayden Hind-Sakit okean regionunda yeni iqtisadi təşəbbüsün işə salındığını elan edib