Türk PUA-ları çox mükəmməldir

XARİCİ XƏBƏRLƏR
7 Oktyabr
01:54

Serbiya Türkiyədən pilotsuz uçan aparatlar almaq niyyətindədir. Bu bəyanatla Ser­biya Prezidenti Aleksandr Vuçiç çıxış edib. O de­yib ki, türk PUA-ları son dərəcə mükəmməldir. “Ankara ilə razılıq əldə olunub-olunmamasını görəcəyik. Ancaq “Bay­raqdar” PUA-ları çox mükəmməldir. Buna görə türk isteh­salçılarını alqışlayıram. Serbiya hər zaman təhlükəsizliyini gücləndirmək istəyib. Biz heç kimi təhdid etmirik, heç kimə də hücum planlaşdırmırıq. Ancaq yaranma ehtimalı olan problemlərə qarşı hazırlıqlı olmalıyıq. Buna görə də lazım olan addımları atırıq”,-deyə A.Vuçiç bildirib.

Xəbəri “Anadolu” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi