Son buzlaşma dövründə orta temperatur mənfi 9 dərəcə olub

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:42

Son buzlanma dövründə Yer üzündə orta temperatur təxminən mənfi doqquz dərəcə olub.

Beynəlxalq paleoklimatoloqlar qrupunun araşdırmaların­dan sonra gəldiyi bu nəticə “Nature” jurnalında dərc edilib. Mütəxəssislər buzlaşma zamanı mağaraların divarlarındakı qədim buz və çöküntü nümunələrini öyrəniblər.

Təxminən 2,6 milyon il əvvəl başlayan son buzlaşma dövrünün başlanğıcına qədər Yer səthindəki temperaturun orta hesabla 6,1 dərəcə azaldığı meydana çıxıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi