Ən sürətli 5G ölkələri

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:41

“Lenta.ru”nun yaydığı məlumata görə, telekommunikasiya təchizatı və smartfon istehsalçıları, mobil şəbəkə operatorları 5G texnologiyasının işə salınmasına start veriblər.

Məlumatda qeyd edilir ki, 2019-cu ildən başlayaraq indiyədək 5G şəbəkəsi bütün dünya üzrə artıq 10-larla ölkədə aktivləşdirilib. Opensignal adlı analitik şirkət isə 5G internetinin hansı ökədə daha sürətli olduğunu öyrənməyə çalışıb. Bu barədə Gizchina saytı xəbər verib. Şirkət tərəfindən reallaşdırılmış tədqiqat bu ilin 16 maydan 14 av­qust tarixinə kimi olan dövrü əhatə edib. Məlum olub ki, 5G şəbəkəsində yüklənmə sürəti 4G-dən fərqli olaraq ortalama 1.3-1.4 dəfə yüksəkdir.

5G şəbəkəsində məlumatların ən yüksək ortalama yüklənmə sürəti Səudiyyə Ərəbistanında müşahidə olunub. Bu regionda göstərici saniyədə 414.2 Mbit təşkil edib. 4G şəbəkəsindən fərqli olaraq işə salınmış 5G-də performans göstəricisini 14.3 dəfə yüksəltmək mümkün olub. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında 5G şəbəkəsinin inteqrasiyasını rəsmi olaraq keçən ilin iyun ayında elan etmişdilər. Reytinqin ikinci pilləsində Cənubi Koreya qərarlaşıb. Burda 5G şəbəkəsində ortalama yüklənmə sürəti saniyədə 312.7 Mbit-dir. Bu isə 4G şəbəkəsinin göstəricisindən 5.3 dəfə yüksəkdir.

Cənubi Koreyada 5G şəbəkəsinin ən böyük üstünlü­yü ondan ibarətdir ki, o çox böyük əhatə dairəsinə sa­hibdir. Belə ki, Cənubi Koreyanın 100-dən bir qədər çox şəhərindən 85-i artıq 5G şəbəkəsi ilə əhatə edilib. Rey­tinqin üçüncü pilləsini Avstraliya tutub. Avstraliyada 5G şəbəkəsi yalnız bir neçə şəhərdə aktivdir. Buna baxçaya­raq həmin şəhərlərdə olan 5G şəbəkələrindəki maksimal yüklənmə sürəti saniyədə 215.7 Mbit-ə çatır. Bu isə 4G-dən 5 dəfə sürətlidir. Reytinqin sonuncu pilləsini ABŞ tutub. ABŞ-da 5G-nin maksimal yüklənmə sürəti saniyədə 50.9 Mbit təşkil edir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi