Buzlaqlar sürətlə əriyir

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:38

Britaniyanın Lids Universiteti alimlərinin son tədqiqatlarına əsasən Qrenlandiya və Antarktikada buz təbəqələrinin əriməsi son illərdə kəskin dərəcədə sürətlənib. Bu da dəniz səviyyəsinin yüksəlməsinin əsas səbəbidir. Mövzu ilə bağlı “Nature Climate Change” jurnalında məqalə dərc edilib.

Son ölçmələr göstərir ki, dəniz səviyyəsi indi hər il dörd millimetr artır. Buzlaqların əriməsi bu sürətlə davam edərsə, əsrin sonuna qədər dəniz səviyyəsi əlavə 17 santimetr yüksələcək və 16 milyon insanın yaşadığı sahil əraziləri daşqınlara məruz qalacaq.

Xəbəri “RİA Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi